Rusiya Krımda bərpa işlərinə start verəcək. SİA xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Marat Xusnullin Krım körpüsünün bərpası üçün hazırlıq işlərinin başlandığını elan edib.
"Kommersant" nəşri yazır ki, M.Xusnullinin sözlərinə görə, mütəxəssislər iş qaydasını müəyyən ediblər, dizayner və inşaatçılardan ibarət komandalar yaradıblar və tikinti materialları təchizatçıları ilə əməkdaşlıq qurublar.
O, bildirib ki, əvvəllər Rusiya hakimiyyəti strukturun bərpası üçün iki variantı nəzərdən keçirirdi. İndi texniki həllər razılaşdırılıb və qarşıdakı işlər mərhələlərə bölünüb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB