Bir yerdə çoxlu “dahilər” var...

Hər dəfə 15 qəpiklik “Koreya” jurnalı yadıma düşür...
Bir yerdə çoxlu “dahilər” var...

...Hər dəfə “Şençjendə tarixi zirvə” ifadəsini eşidəndə yeniyetməlik illərində qəzet köşklərindən 15 qəpiyə aldığım “Koreya” jurnalını xatırlayıram.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri rusiyalı politoloq Qriqori Qolosov “Facebook”da yazır.

Qolosov bildirir ki, o zamanlar Şimali Koreyaya hələ də sülalənin banisi Kim İr Sen rəhbərlik edirdi. O, ölkəsini gəzməyi və müxtəlif şəhər, eləcə də kəndlərdə partiya fəallarına müraciət etməyi sevirdi.

Və onun çıxışlarından tutmuş bütün davranışlarına qədər nə edirdi hamısı yerli mediada təqdim olunub. Bir dəfə onunla bağlı jurnalda belə bir məlumat da verilmişdi: “Ulu öndər yoldaş Kim İr Senin “Cuçe ideyaları əsasında qoyunçuluğun inkişafına dair 17 tezis” adlı parlaq klassik əsəri çap edilib. Və növbəti nömrə yeni parlaq klassik əsəri elan etdi və əvvəlkilər bir daha xatırlanmadı.

Demək olar ki, həmişə ondan çox xülasə olurdu, amma Şençjendə dörddən çox mövzuda razılığa gələ bilmirdik.

Niyə?

Ona görə ki, bir yerdə çox dahi var idi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə