Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü münasibətilə Nəsimi adına mədəniyyət və istirahət parkında atəşfəşanlıq təşkil olunub.
Şəhərdəki möhtəşəm atəşfəşanlıq Göyərçin abidəsinin yaxınlığında baş tutub. Rəngarəng görüntüləri izləmək üçün yüzlərlə şəhər sakini parkda toplaşıb. Atəşfəşanlıq gecə səmasını bəzəyərək yubiley sevincini yaşayan sumqayıtlılara unudulmaz anlar yaşadıb.
Qeyd edək ki, 1949-cu il noyabrın 22-də şəhər statusu alan Sumqayıt 77 il ərzində böyük inkişaf yolu keçib. Bu gün şəhər özünəməxsus gözəlliyi, müasir görünüşü və dinamik inkişafı ilə seçilir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB