Daha bir Hollivud ulduzu milyarder elan olunub. Söhbət ulduz aktyor Eşton Katçerdən gedir. SİA xəbər verir ki, aktyorun sərvətini artıran əsas amil süni intellekt şirkəti “Anthropic”ə yatırdığı investisiyadır. “Fortune” nəşrinin məlumatına görə, aktyorun şirkətdəki payının dəyəri 7 milyard dollara çatıb.
Bildirilir ki, Eşton Katçer şirkətə 435 milyon dollar investisiya yatıraraq onun təxminən 0,5 faiz səhmini əldə edib. “Claude” adlı süni intellekt köməkçisini hazırlayan şirkətin bazar dəyərinin 1,4 trilyon dollar olaraq qiymətləndirilməsi halında aktyorun payının 7 milyard dollar edəcəyi qeyd olunur.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB