Hollivud ulduzu Bred Pitt və aktrisa Ancelina Colinin oğlu Noks da atasının soyadından imtina edə bilər.
Bu barədə “Page Six” nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Noks hələlik soyadını dəyişdirmək üçün rəsmi müraciət etməyib. Lakin bunun yaxın zamanda baş verəcəyi gözlənilir.
“Noks hələ heç bir sənəd təqdim etməyib, amma onun da Pitt soyadını adından çıxaracağı yalnız zaman məsələsidir. Bu, qaçılmazdır. Hələlik konkret vaxt bəlli deyil. Bütün bu vəziyyət Bred üçün çox ürəkağrıdır” deyə, mənbə bildirib.
Noyabrın əvvəlində məlum olub ki, Bred Pittin doğma qızlarından biri olan Vivyen də atasının soyadından imtina edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB