Rusiyaya qarşı 10 dövlət dəniz İttifaqı yaradır

Rusiyaya qarşı 10 dövlət dəniz İttifaqı yaradır

Rusiyaya qarşı yeni ittifaq yaranır. SİA xəbər verir ki, Şimali Avropanın 10 ölkəsi Rusiyanın sualtı qayıqlarının fəaliyyətinə qarşı mübarizəni gücləndirmək məqsədilə yeni dəniz ittifaqı yaratmağa hazırlaşır. Yeni ittifaqın əsas fəaliyyət istiqamətləri Şimali Atlantika, Arktika və Baltik dənizi olacaq.

Razılaşmanın məqsədi Rusiyanın sualtı qayıqlarının bu bölgələrdə gəmiçilik üçün yarada biləcəyi təhlükələrin qarşısını almaq və dəniz yollarının təhlükəsizliyini təmin etməkdir. İttifaqa Böyük Britaniya, Niderland, Norveç, Finlandiya, İsveç, İslandiya, Danimarka, Latviya, Litva və Estoniya qoşulacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə