Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mazda” və VAZ-2107 markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən “Mazda”nın sürücüsü idarəetməni itirib və avtomobil yol kənarındakı divara çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi maddi ziyan dəyib.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB