HƏSƏN QARAYEV: Gəncədə QHT Agentliyinin Əməkdaşlıq Forumu
Gəncə şəhərində 2026-cı il 5-6 noyabr tarixlərində Qeyri-Hökumət Təşkilatlarının IV Əməkdaşlıq Forumu keçirilib. Tədbir “Şəhərsalma və Memarlıq ili”çərçivəsində təşkil edilmişdir. Forumda 400-dən artıq vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib. Əsas müzakirə mövzuları QHT sektorunun inkişafı, dövlət-vətəndaş cəmiyyəti əməkdaşlğı və yeni ictimaitəşəbbüslər olub.
Tədbirin Gəncədə keşirilməsi xüsusi məna daşıyırdı.Çünki, Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini özündə birləşdirən, milli ruhumuzun şəhəri olan Gəncə tədbirin mövzusuna uyğun məkan idi. Forum iştirakçıları Gəncənin rəmzi olan, Dahi mütəfəkkir Nzami Gəncəvinin məqbərəsini və Gəncə Memorial kompleksini ziyarət etdilər.
5 noyabr 2026-cı iltarixdə Gəncə şəhərində “Futbolun İnkişaf Fondu”nun həyata keçirdiyi Amputanat futbol turnirinin təşkili layihəsi çərçivəsində mina qurbanlarının iştirakı ilə amputant futbol üzrə, yoldaşlıq oyunu təşkil olundu. Azərbaycan QHT-lərinin IV əməkdaşlıq forumunun iştirakıçıları tədbirə qatıldılar, futbolçuların çıxışlarını izləyək onlara mənəvi dəstək verdilər.
Tədbirin açılışında Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstyi Agentliyinin idarə heyətinin sədri Aygün Əliyeva çıxışında bu forumu bir çox vacib məsələlərin həlli üçün mühim platforma adlandırdı.A.Əliyeva qeyd etdi ki, bu gün ideoloji risklər, fiziki təhlükələr qədər ciddi problemə çevrilib.Dezinformasiya, informasiya manipulyasaları və rəqəmsal mühitdə yaranan yeni təhdidlərə qarşı mübarizə, müasir vətəndaş cəmiyyətinin əsas çağırışlarıdır.
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında, Gəncədə aparılan təmir-bərpa,quruculuq işləri barədə məlumat verdi. QHT-lərin cəmiyyətdəki roluna diqqət şəkib, forumun işinə uğurlar arzuladı.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev çıxışında qeyd etdi ki, hər bir QHT ixtisaslaşdığı sahə üzrə hədəf auditoriyası və işləmək üçün uğurlu sosial media fəaliyyəti ğöstərməli,bunu ən vacib ölçüləbilən nəticəsinə çevirməyi bacarmalıdır. Əlavə olaraq, QHT-lərin sahələr üzrə ixtisaslaşmasına dair qanunvericilikdə müvafiq dəyişikliklərin aparılmasına ehtiyac yarandığını qeyd etdi.
Milli Məclisin deputatı, QHT Agentliyinin Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev çıxışında, QHT-lərin ictimi diplomatiya fəaliyyətinə diqqət çəkib, son illər bu sahədə uğurların sistemli xarakter almasını təqdir etdi.
Xüsusi Təyinatlıların Qaziləri Şəhid ailələri və Veteranları İB-nin sədri Bəhruz Məmmədzadə çıxışında, Tarixi Zəfərin əldə olunması qədər, onun qorunmasında da cəmiyyətdən yüksək fədakarlıq tələbolunduğunu bildirdi.
Tədbirin sonunda, Azərbaycan Respublikasınin Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə QHT-lərin ümumi müraciəti qəbul olundu.Rəsmi hissə başa çatdıqdan sonra tədbir mədəni proqramla davam etdi.
Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB