"Qalibiyyətimizin əsas səbəblərindən biri, diplomatiya sahəsində əldə etdiyimiz uğur idi" - DEPUTAT

"Qalibiyyətimizin əsas səbəblərindən biri, diplomatiya sahəsində əldə etdiyimiz uğur idi" - DEPUTAT

"Burada yalnız bizim əsgərlərin cəsarəti və döyüş qabiliyyəti deyil, həm də diplomatik uğurumuz burada ön plana çəkilməlidir. Çünki onlar böyük fədakarlıq göstərdilər, qəhrəmanlıq etdilər, şəhid oldular, qazi oldular". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, lakin bir çox döyüşlərdə elə hallar olur ki, ən böyük qəhrəmanlığı göstərsən belə, istədiyin nəticəyə nail ola bilmirsən. Nəticə əldə etmək üçün mütləq diplomatiyanın uğuru da olmalı, hərbi nailiyyətləri bunu müşayiət etməlidir:

"Azərbaycanda da ölkə Prezidenti məhz bu istiqamətdə böyük bir uğur əldə etdi. Səfərbər olmaq qabiliyyətini ortaya qoyaraq Azərbaycanı Zəfərə daşıdı. Ona görə də bu məsələlərdə mütləq bu ciddi amillər nəzərə alınmalıdır. Qalibiyyətimizin əsas səbəblərindən biri, ilk növbədə, diplomatiya sahəsində əldə etdiyimiz uğur idi. Daha sonra informasiya sahəsində də çox mühüm inkişaf və addımlar müşahidə olundu. Bütün bunlar bir-birini müşayiət etməsəydi, qələbə qazanmaq olduqca çətin olardı".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə