“Ermənistan Konstitusiyasına dəyişikliklər sülh sazişinin imzalanması üçün əsas şərtdir” -CEYHUN BAYRAMOV

“Ermənistan Konstitusiyasına dəyişikliklər sülh sazişinin imzalanması üçün əsas şərtdir” -CEYHUN BAYRAMOV

Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasını əsas şərt kimi irəli sürür. Bu məsələnin nə zaman həll olunacağı Ermənistan rəhbərliyinin və cəmiyyətinin qərarlarından asılıdır.

SİA xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Ermənistanın baş nazirinin Konstitusiya məsələsi ilə bağlı ictimai açıqlamaları diqqətə alınır. Konstitusiyaya hansı dəyişikliklərin ediləcəyi Ermənistanın daxili məsələsi olsa da, Azərbaycan üçün əsas tələb ərazi iddialarının aradan qaldırılmasıdır.

Nazirin sözlərinə görə, Azərbaycan tərəfi bu şərtin yerinə yetirilməsini gözləyəcək. Bundan sonra paraflanmış sülh sazişinin imzalanması ilə bağlı növbəti addımlar müəyyənləşdiriləcək.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə