“İtaliya Azərbaycanda arxeoloji tədqiqatlarda iştirak etməkdə maraqlıdır” -ANTONİO TAYANİ

“İtaliya Azərbaycanda arxeoloji tədqiqatlarda iştirak etməkdə maraqlıdır” -ANTONİO TAYANİ

Azərbaycan və İtaliya arasında mədəniyyət və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar mövcuddur. Universitetlərarası əlaqələrlə yanaşı, arxeoloji tədqiqatlar və elmi missiyalar da iki ölkənin humanitar münasibətlərinin inkişafına töhfə verə bilər.

SİA xəbər verir ki, bu fikirləri İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, İtaliya arxeoloji missiyalarının Azərbaycanda həyata keçirilən tədqiqatlarda iştirakına maraq göstərir. Bu əməkdaşlıq ölkənin zəngin tarixinin və müxtəlif dövrlərdə burada yaşamış insanların irsinin daha dərindən öyrənilməsinə imkan yarada bilər.

A.Tayani mədəniyyət sahəsində əməkdaşlığın yalnız universitetlərlə məhdudlaşmamalı olduğunu, elmi və arxeoloji layihələrin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Nazir çıxışında Azərbaycanın azadlığı və milli kimliyi uğrunda mübarizə aparmış gənclərin xatirəsinə də toxunub, onların fədakarlığını yüksək qiymətləndirib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə