“Azərbaycan və İtaliya beynəlxalq məsələlərdə sülhün tərəfdarıdır“ -ANTONİO TAYANİ

“Azərbaycan və İtaliya beynəlxalq məsələlərdə sülhün tərəfdarıdır“ -ANTONİO TAYANİ

Azərbaycan və İtaliya beynəlxalq məsələlərdə sülhün təmin olunması, münaqişələrin diplomatik yollarla həlli və sabitliyin qorunması istiqamətində ortaq mövqedən çıxış edirlər. Tərəflər Ukrayna, Rusiya, İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə edərək regional və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunublar.

SİA xəbər verir ki, bu fikirləri İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, İtaliya və Azərbaycan iqtisadiyyat və ticarət sahəsində güclü maraqlara malik ölkələrdir. Buna görə də beynəlxalq münaqişələrin həlli və sülhün bərqərar olması hər iki dövlət üçün mühüm əhəmiyyət daşıyır.

A.Tayani Fransa iqtisadçısı və filosofu Frederik Bastianın “Silahların keçdiyi yerdən mallar keçmir” fikrini xatırladaraq bildirib ki, ölkələr müharibə deyil, ticarət və əməkdaşlıq imkanlarının genişlənməsində maraqlı olmalıdırlar.

Nazir Yaxın Şərqdə və Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunmasının vacibliyini vurğulayıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə