SEPAH: İstənilən təhdidə coğrafi məhdudiyyət olmadan cavab verəcəyik

SEPAH: İstənilən təhdidə coğrafi məhdudiyyət olmadan cavab verəcəyik

“İran silahlı qüvvələrinin raket istehsalı potensialı və dron sahəsində imkanları əvvəlki dövrlə müqayisədə artıb”.

SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini Mustafa İzadi deyib.

O iddia edib ki, İran uçuş məsafəsi, əməliyyat imkanları və kəşfiyyat qabiliyyəti baxımından dron sahəsində “heyrətamiz” irəliləyiş əldə edib.

İzadi hava hücumundan müdafiə sahəsində də “irəliləyiş” olduğunu qeyd edərək, ABŞ-yə məxsus hava vasitələrinin davamlı olaraq hədəfə alındığını bildirib:

“Biz istənilən səviyyədə və istənilən növdə təhdidə qarşı coğrafi məhdudiyyət olmadan güclü və təsirli cavab verəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə