Azərbaycan və İtaliya arasında iqtisadi-ticarət əlaqələri dinamik inkişaf edir. İtaliya ölkəmizin bir nömrəli ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin artması iqtisadi əməkdaşlığın genişlənməsinin göstəricisidir.
SİA xəbər verir ki, bu fikirləri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Nazir qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard dollara yaxın olub. 2026-cı ilin ilk doqquz ayında isə bu göstərici 9 milyard dolları ötüb.
C.Bayramov bildirib ki, Azərbaycanda İtaliya şirkətləri müxtəlif sahələrdə fəal fəaliyyət göstərir. 2026-cı ilin yanvarında Bakıda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclası keçirilib. Həmçinin cari ilin oktyabrında İtaliyadan Azərbaycana iqtisadi nümayəndə heyətinin səfəri baş tutub.
Nazir vurğulayıb ki, biznes forumlar və şirkətlər arasında birbaşa əlaqələr iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB