Bakıda mikromobilliyin inkişafı və velosipedçilərin yol hərəkətində təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Mərkəz tərəfindən paytaxtın daha 9 kəsişməsində yerləşən işıqforlara 28 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Yeni velosiped bölmələri Nəsimi və Səbail rayonlarında aşağıdakı kəsişmələrdə quraşdırılıb:
Nəsimi rayonu üzrə:
Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində;
Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində;
Bülbül prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində;
Bülbül prospekti ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində;
Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində;
Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində.
Səbail rayonu üzrə:
Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsində;
Azadlıq prospekti ilə Əfzələddin Xəqani küçəsinin kəsişməsində;
Rəşid Behbudov və Əfzələddin Xəqani küçələrinin kəsişməsində.
Qeyd edək ki, indiyədək paytaxtın yol kəsişmələrində yerləşən svetoforlara ümumilikdə 160 velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
Bu istiqamətdə işlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB