Türkiyədə fond QALMAQALI - 632 nəfər şübhəli kimi saxlanıldı

Türkiyədə fond QALMAQALI - 632 nəfər şübhəli kimi saxlanıldı

Türkiyədə fond bazarında baş verən böhranla bağlı aparılan istintaq çərçivəsində 632 nəfər iş üzrə şübhəli şəxs qismində müəyyən edilib, 91 şirkətə isə kənar idarəçi təyin olunub. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" hesabında məlumat verib.

Nazirin sözlərinə görə, 181 şirkətin və 551 fiziki şəxsin əmlakına və bank hesablarına da həbs qoyulub.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istintaq çərçivəsində 136 nəfərin həbs edildiyini, 285 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirlərinin tətbiq olunduğunu bildirmişdi.

Türkiyənin fond bazarında böhran sentyabrın 16-da İstanbul Fond Birjasında səhmlərin qiymətinin kəskin düşməsi fonunda başlayıb. Ticarət əməliyyatları dayandırılıb və hakimiyyət orqanları araşdırmalara başlayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə