Almaniya Silahlı Qüvvələri Litvada keçirilən hərbi təlimlər çərçivəsində ilk dəfə kamikadze dronlarının taktiki sınaqlarına başlayıb. Bu barədə "Reuters" məlumat yayıb. Təlimlər Belarusla sərhəd yaxınlığında yerləşən Rudninkay poliqonunda keçirilir.
Alman hərbçiləri "Helsing" və "Stark" şirkətləri tərəfindən istehsal olunan, inert döyüş başlıqları ilə təchiz edilmiş kamikadze dronlarını sınaqdan keçiriblər. Sınaqlar zamanı pilotsuz uçuş aparatları əsas döyüş tanklarının maketlərini uğurla məhv edib.
Bundan əlavə, hərbçilər "Helsing" şirkətinin süni intellekt əsaslı "Clarity" proqram təminatını da sınaqdan keçiriblər. Sistem peyklərdən, dronlardan və digər sensorlardan əldə edilən məlumatları təhlil edərək potensial hədəfləri müəyyənləşdirir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB