Enerji əməkdaşlığı Azərbaycan-İtaliya münasibətlərinin əsas istiqamətlərindəndir -NAZİR
Azərbaycan və İtaliya arasında enerji sahəsində əməkdaşlıq uzun illərdir uğurla davam edir. Azərbaycan İtaliyanın etibarlı enerji tərəfdaşlarından biri kimi Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Hazırda əməkdaşlıq ənənəvi enerji resursları ilə yanaşı, yeni enerji layihələrini də əhatə edir.
SİA xəbər verir ki, bu fikirləri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Nazir qeyd edib ki, Azərbaycan uzun illərdir İtaliyanın neft təchizatında mühüm rol oynayır. Bununla yanaşı, Xəzər dənizindən Avropaya elektrik enerjisinin nəqlini nəzərdə tutan kabel layihəsi yeni əməkdaşlıq imkanları yaradır.
C.Bayramov bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırılması prosesində İtaliya şirkətləri fəal iştirak edir. Azərbaycan bu şirkətlərin layihənin növbəti mərhələlərində də iştirakını təşviq edir.
Onun sözlərinə görə, İtaliyanın həm layihənin həyata keçirilməsində iştirak edən, həm də gələcəkdə onun imkanlarından faydalanan ölkələr sırasında olması arzuolunandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB