Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq qarşılıqlı investisiyalar hesabına yeni mərhələyə qədəm qoyur. Son illərdə Azərbaycan şirkətlərinin İtaliya bazarında iştirakı genişlənib. Bu proses iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə şərait yaradır.
SİA xəbər verir ki, bu fikirləri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Nazir SOCAR-ın İtaliyada həyata keçirdiyi investisiya layihəsini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin İtaliyanın iri enerji şirkətlərindən birində nəzarət səhm paketini əldə etməsi ölkəmizin həmin bazarda mövqeyini gücləndirən mühüm investisiyadır.
C.Bayramov, həmçinin Azərbaycan Dövlət Neft Fondu tərəfindən İtaliya iqtisadiyyatına yatırılan sərmayələrin əhəmiyyətini vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan və İtaliya arasında əməkdaşlıq artıq yalnız ticarət münasibətləri ilə məhdudlaşmır, qarşılıqlı investisiyalar və biznes tərəfdaşlığı da getdikcə genişlənir.
O əlavə edib ki, İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakına da böyük önəm verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB