“Azərbaycan İtaliyanın Tehrandakı səfirliyinin fəaliyyətinə dəstək göstərib” -ANTONİO TAYANİ

“Azərbaycan İtaliyanın Tehrandakı səfirliyinin fəaliyyətinə dəstək göstərib” -ANTONİO TAYANİ

İtaliya Azərbaycanla dostluq və həmrəyliyə əsaslanan münasibətlərə xüsusi önəm verir. Regional gərginliklər və təhlükəsizlik problemləri fonunda Azərbaycanın göstərdiyi dəstək iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir.

SİA xəbər verir ki, bu fikirləri İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

A.Tayani qeyd edib ki, İtaliya İranla bağlı gərginlik və Tehrana edilən hücumlar zamanı Azərbaycanın göstərdiyi yardımı yüksək qiymətləndirir. O, İtaliyanın Tehrandakı səfirliyinin fəaliyyətini davam etdirməsinə imkan yaradılmasına görə Azərbaycan tərəfinə təşəkkür edib.

Nazir bildirib ki, bu cür konkret dəstək və həmrəylik nümunələri iki ölkə arasında dostluq münasibətlərinin və qarşılıqlı etimadın göstəricisidir.

O, həmçinin Aralıq dənizi regionunda, xüsusilə Liviyada baş verən hadisələrin diqqətlə izlənilməsinin və münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə