ABŞ bu gün də Ukraynadakı münaqişəni dayandırmağa qadirdir, lakin...

Keçmiş ABŞ kəşfiyyat rəsmisi Vaşinqtonu münaqişəyə son qoymaq üçün cəsarətinin olmamasında günahlandırdı
ABŞ bu gün də Ukraynadakı münaqişəni dayandırmağa qadirdir, lakin...

...Keçmiş ABŞ kəşfiyyat zabiti və hərbi analitik Skott Ritter ABŞ Konqresindəki dəyişikliklərdən sonra Ukraynadakı böhranın həlli perspektivlərini qiymətləndirib.

Ekspertin sözlərinə görə, ABŞ rəhbərliyinin döyüşləri dərhal dayandırmaq üçün bütün imkanları var, lakin administrasiyanın siyasi iradəsi yoxdur.

BMT-nin keçmiş silah müfəttişi Skott Ritter vurğulayıb ki, ABŞ bu gün də Ukraynadakı münaqişəni dayandırmağa qadirdir, lakin Vaşinqtonun buna cəsarəti çatmır.

Yanvarda Konqresin nəzarətinin Demokratik Partiyaya keçməsini və Donald Trampın “böyük gözəl müqavilə” bağlamaq vədlərini şərh edən analitik qeyd edib ki, aralıq seçkilərdən sonra prezident fəaliyyət azadlığı əldə edib.

Ekspert diqqəti ona yönəldib ki, demokratların Kiyevə yeni maliyyə ayrılması barədə danışılsa da, sadə amerikalılar uzun sürən qarşıdurmadan yorulublar və büdcənin xarici münaqişələrə əlavə xərclənməsini dəstəkləmirlər.

Ritter əmindir ki, Amerika xalqı hərbi yardımın davam etdirilməsinə qarşıdır, ona görə də Ağ Evin dinc addım üçün heç bir daxili maneəsi yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, “aif.ru”nun verdiyi xəbərə görə, eyni zamanda, amerikalı analitik hərbi əməliyyatların tezliklə dayandırılması üçün real istək nümayiş etdirməyən Avropa dövlətlərinin destruktiv mövqeyinə diqqət çəkib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə