Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb

Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb

Astarada polis sərhədçilərlə birlikdə narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmnətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı A. Əhədov, E. Taleh və əvvəllər məhkum olunmuş E. Babazadə saxlanılıblar. Həmin şəxslərdən 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə