“Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq möhkəmlənir” -CEYHUN BAYRAMOV
Azərbaycan və İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq, qarşılıqlı etimad və dostluq prinsipləri əsasında inkişaf edir. Ölkə liderləri arasında müntəzəm təmaslar və intensiv siyasi dialoq ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Son illərdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin inkişafına mühüm töhfə verib.
SİA xəbər verir ki, bu fikirləri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Nazir qeyd edib ki, 2025-ci ildə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana səfər edib, 2024-cü ildə isə Azərbaycan Prezidenti İtaliyada olub. 2026-cı ildə İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri də ikitərəfli münasibətlər baxımından mühüm əhəmiyyət daşıyıb.
C.Bayramov bildirib ki, Azərbaycan və İtaliya arasında 65 sənəd mövcuddur. Bu hüquqi baza ölkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafı üçün möhkəm zəmin yaradır.
Onun sözlərinə görə, tərəflər beynəlxalq platformalarda da sıx əməkdaşlıq edir və qarşılıqlı dəstək nümayiş etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB