İtaliya Azərbaycan və Ermənistan arasında sülh prosesini və dialoqun inkişafını yüksək qiymətləndirir. Münaqişədən zərər çəkmiş ərazilərdə mülki əhalinin təhlükəsizliyinin təmin olunması və mina təhlükəsinin aradan qaldırılması ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindəndir.
SİA xəbər verir ki, bu fikirləri İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, İtaliya Azərbaycan və Ermənistan arasında sülhə aparan dialoqu dəstəkləyib və bu istiqamətdə əldə olunan nəticələri yüksək qiymətləndirir.
A.Tayani vurğulayıb ki, İtaliya münaqişədən zərər çəkmiş ərazilərin minalardan təmizlənməsi üçün maliyyə dəstəyi göstərməyə sadiqdir. Onun sözlərinə görə, minalar xüsusilə uşaqların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır, ağır xəsarətlərə və ölüm hallarına səbəb ola bilər.
Nazir İtaliyanın Azərbaycanın mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində səylərinə dəstəyini davam etdirəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB