“İtaliya-Azərbaycan Universiteti təhsil əməkdaşlığının mühüm nümunəsidir“ -CEYHUN BAYRAMOV

“İtaliya-Azərbaycan Universiteti təhsil əməkdaşlığının mühüm nümunəsidir“ -CEYHUN BAYRAMOV

Azərbaycan və İtaliya arasında humanitar əlaqələr, xüsusilə təhsil və mədəniyyət sahəsində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Universitetlərarası əlaqələr, akademik mübadilə proqramları və birgə təhsil təşəbbüsləri iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir.

SİA xəbər verir ki, bu fikirləri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Nazir İtaliya-Azərbaycan Universitetinin yaradılmasını təhsil sahəsində əməkdaşlığın mühüm layihələrindən biri kimi qiymətləndirib. Qeyd edib ki, 2022-ci ildə əldə olunmuş razılaşmalar əsasında həyata keçirilən bu təşəbbüs iki ölkənin təhsil əlaqələrinə yeni imkanlar qazandırıb.

C.Bayramov universitetin fəaliyyətini xüsusi vurğulayaraq bildirib ki, burada İtaliya universitetlərinin iştirakı ilə tədris proqramları həyata keçirilir və İtaliyadan olan tələbələrin də təhsil alması üçün imkanlar yaradılıb.

Nazir, həmçinin Azərbaycan və İtaliya arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Hər iki ölkədə keçirilən festivallar, mədəni tədbirlər və birgə layihələr xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə