“Azərbaycan üçün əsas şərt Ermənistan Konstitusiyasında ərazi iddialarının aradan qaldırılmasıdır” - CEYHUN BAYRAMOV

“Azərbaycan üçün əsas şərt Ermənistan Konstitusiyasında ərazi iddialarının aradan qaldırılmasıdır” - CEYHUN BAYRAMOV

Azərbaycan Ermənistanla paraflanmış sülh sazişinin imzalanmasına hazırdır. Bunun üçün əsas şərt Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bu məsələnin həlli isə Ermənistanın daxili proseslərindən asılıdır.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Nazir bildirib ki, Ermənistan Konstitusiyasında hansı dəyişikliklərin ediləcəyi həmin ölkənin daxili işidir. Azərbaycan üçün əsas məsələ ölkəmizə qarşı ərazi iddialarının Konstitusiyada yer almamasıdır.

C.Bayramov qeyd edib ki, Ermənistanın başa çatdıracağı bu prosesin vaxtını müəyyənləşdirmək mümkün deyil. Azərbaycan tərəfi müvafiq şərtlərin yerinə yetirilməsini gözləyəcək və bundan sonra paraflanmış sülh sazişinin imzalanması istiqamətində növbəti addımları nəzərdən keçirəcək.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə