Britaniyada konsertdə naməlum maddə səbəbindən minlərlə insan təxliyə edilib

Britaniyada konsertdə naməlum maddə səbəbindən minlərlə insan təxliyə edilib

Mançesterdə amerikalı reper Don Toliverin konserti zamanı fövqəladə hadisə baş verib: havada naməlum maddə olduğuna görə Co-op Live arenasından 12 mindən çox insan təxliyə edilib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, polis saat 22:00-dan qısa müddət sonra ciddi bir hadisə baş verdiyini bildirdi. Müştərilər özlərini pis hiss etdiklərini şikayət etməyə başladılar. Sosial mediada yayılan videolarda insanların öskürdüyü, ağızlarını tutduğu və mümkün qədər tez ərazini tərk etməyə çalışdığı görünür.

Əvvəlcə hüquq-mühafizə orqanları bunun göz yaşartıcı qaz olduğunu düşünsələr də, sonradan maddənin naməlum olduğunu müəyyən ediblər.

Yerli təcili yardım xidməti tibb işçilərinin 50-dən çox insanı müayinə etdiyini bildirib. Zərərçəkənlərdə göz və tənəffüs yollarının qıcıqlanması simptomları müşahidə olunub. Bir xəstə xəstəxanaya aparılıb.

Arenaya xüsusi təcili yardım qrupu da göndərilib. Maddənin zərərsizləşdirilməsi yerindəcə həyata keçirilib. Təcili yardım xidməti konsertdən sonra özünü pis hiss edən hər kəsi tibbi yardım almağa çağırıb.

Böyük Mançester Polisinin məlumatına görə, arenadakı 12 mindən çox insanın hamısı təhlükəsiz şəkildə təxliyə edilib.Bundan əvvəl Ukraynada AB ölkələrindəki məktəblərə, ticarət mərkəzlərinə və müəssisələrə bomba qoyulması barədə kütləvi mesajlar göndərməkdə şübhəli bilinən bir kişi saxlanılıb .

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə