"Azərbaycanla Ermənistan arasında, təbii ki, de-fakto sülh var. Ermənistanın qarşısında duran əsas məsələ referendumu keçirərək konstitusiya dəyişikliklərinə nail olmaq və, təbii ki, sülh müqaviləsi bağlamaqdır. İndi bununla bağlı ölkə daxilində müəyyən problemlər var və Ermənistan həmin problemləri həll etməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, amma buna baxmayaraq, Zəngəzur dəhlizi də açılacaq:
"TRIPP layihəsi ilə bağlı məsələlər də aktual mövzu olaraq qalır. Həm Ermənistan, həm də Azərbaycan bu marşrutun işə düşməsində maraqlıdır. Düşünürəm ki, Ermənistan tərəfi bu prosesin sürətləndirilməsində maraqlı olmalıdır.
Ermənistan tərəfi amerikalı şirkətləri gözləmədən prosesə başlamaq istəyir. Bununla bağlı, təbii ki, Azərbaycanla da birbaşa qarşılıqlı fəaliyyət göstərilir. Düşünürəm ki, bu prosesi müsbət həll edə bilərik. İstərdim ki, sülh müqaviləsi bağlanmamışdan əvvəl proseslərə start verilsin. Çünki Azərbaycan artıq öz ərazisində dəmir və avtomobil yollarını çəkib, Ermənistan tərəfi də üzərinə düşən işləri yerinə yetirməlidir.
Ermənistan tərəfi öz ərazisindəki 3 kilometrlik hissədə dəmir yolu xəttini, həmçinin avtomobil yolunu da çəkməlidir. Bununla bağlı bütün razılaşmalar var. Sadəcə olaraq, qalıb işi praktik olaraq reallaşdırmaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB