Mixeil Kavelaşvilinin administrasiyasının açıqlamasına görə, əfv 216 məhbusa və həbsxanadan kənarda cəza çəkən 16 şəxsə şamil edilir.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstan prezident administrasiyası Mixeil Kavelaşvilinin Müqəddəs Georgi Günü (Giorgoba) ilə əlaqədar 232 məhbus üçün əfv fərmanı imzaladığını açıqlayıb.
"Gürcüstan prezidenti Mixeil Kavelaşvili Giorgoba bayramı ilə əlaqədar 232 nəfəri əfv edib. Əfv 216 məhbusa və həbsxanadan kənarda cəza çəkən 16 şəxsə şamil edilir", - Kavelaşvilinin administrasiyasının açıqlamasında deyilir.
Yayımlanan məlumata görə, əfv 216 məhbusa və həbsxanadan kənarda cəza çəkən 16 şəxsə şamil edilir.
Gürcüstanda ölkənin ən hörmətli dini bayramlarından biri olan Müqəddəs Georgi Günü və ya "Giorgoba" 23 noyabrda qeyd olunur. Bu bayram dövlət bayramı statusuna malikdir və rəsmi istirahət günü elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB