...Avropa ölkələri Rusiya tədarükündən imtina etdikdən sonra qiymətlərin artmasına baxmayaraq, Rusiya ilə enerji əməkdaşlığını bərpa etmək niyyətində deyil.
Bu barədə Xorvatiya, Polşa, Slovakiya, Macarıstan və Litva nazirləri Varşavada keçirilən enerji konfransında bildiriblər. Onlar hesab edirlər ki, əvvəlki modelə qayıdış Avropanı Kremlin siyasi təzyiqinə qarşı həssas edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Atlantic Council yazır.
Çıxış Putinin Aİ-nin Rusiya neft və qazından imtina qərarını tənqid etməsindən və bunun avropalıların həyat səviyyəsini pisləşdirdiyini söyləməsindən sonra edilib.
Bununla belə, Xorvatiyanın İqtisadiyyat naziri Ante Şuşnjar əvvəlki satınalmalara qayıtmağı qəbuledilməz adlandırıb.
Avropa Rusiya qazına alternativ axtarır...
...Ucuz enerji siyasi şantaj üçün istifadə edildikdə və ya öz azadlığınızla ödəməli olduğunuz zaman çox bahalaşır.
Xorvatiylı nazir deyib bunu.
Polşanın energetika naziri Miloş Motıka əlavə edib ki, Rusiya ilə ticarətin bərpası təkcə Avropa üçün deyil, həm də Avropa bazarına maye qaz tədarük etməkdə maraqlı olan amerikalı tərəfdaşlar üçün pis siqnal olacaq.
Avropa ölkələri nəinki alternativ enerji mənbələri axtarmalı, həm də öz infrastrukturlarını kiberhücumlardan, təxribatlardan və dronlardan qorumalı olacaqlar.
Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova dünya bazarlarına keçidin qiymətlərin artmasına səbəb olduğunu etiraf edib.
Lakin Macarıstanın İqtisadiyyat və Enerji naziri İştvan Kapitanı xatırladıb: “Bir mənbəyə güvənmək heç vaxt yaxşı deyil”.
Litvanın energetika naziri Lukas Savickas Rusiya qazına qayıtmağı ciddi strateji səhv adlandırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB