Zaur və Günay Baxşəliyevlər Zəfər Günü ilə bağlı çağırış ediblər

Zaur və Günay Baxşəliyevlər Zəfər Günü ilə bağlı çağırış ediblər

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış ediblər.

SİA xəbər verir ki, aparıcılar Şanlı Zəfərimizin təbliği məqsədilə paylaşımlarda Azərbaycan və ingilis dillərində müvafiq həştəqlərdən istifadə etməyi tövsiyə ediblər.

Çağırışda #Azərbaycan, #8Noyabr, #ZəfərGünü, #Azerbaijan, #8November və #VictoryDay həştəqlərinə yer verilib.

Qeyd edək ki, aparıcıların çağırışı sosial şəbəkə hesablarında yayımlanan videomüraciətdə əks olunub.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə