Zəfər Günü tariximizin ən möhtəşəm günlərindən biridir. Azərbaycan xalqının son üç yüzillik müasir tarixində bəlkə də müstəqilliyimiz qədər əhəmiyyətli bir gündür. Çünki müstəqilliyimiz yarımçıq idi, ərazi bütövlüyümüz pozulmuşdu.
Bu sözləri SİA-ya deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu sağalmayan yara aradan qaldırılmadıqca Azərbaycanın gələcəyi ilə bağlı hamımız üçün narahatlıq doğuran vəziyyət davam etməli idi:
“Bu baxımdan, problemin həlli Azərbaycanın öz gələcəyinə bütöv baxışını formalaşdırdı. Bu qələbə şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına əldə olunub. Ali Baş Komandanın qətiyyəti və diplomatik bacarığı da bu məsələnin uğurlu sonluqla yekunlaşmasına imkan yaratdı.
Bundan sonrakı dövrdə də biz bu zəfərin nəticələrindən daha ağıllı şəkildə istifadə edərək Azərbaycanın tərəqqisini təmin edə biləcəyik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB