Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum olub - bir nəfər ölüb

Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum olub - bir nəfər ölüb

Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan bölgəsində neft emalı zavoduna edilən hücum nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, obyekt "düşmən hava mərmisi"nin zərbəsinə məruz qalıb. Nəticədə yanğın baş verib. İstehsal güclərinin bir hissəsinin fəaliyyəti dayandırılıb. İlkin məlumata görə, həlak olan şəxs Nepal vətəndaşıdır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə