"Ailə daxilindəki problemləri uşaqların yanında müzakirə etmək düzgün davranış hesab edilmir" - PSİXOLOQ
"Uşaqlıqda yaşanan travmalar və mənfi hadisələr uşağın beynində uzun müddət qalır. Demək olar ki, bu hadisələrin təsiri uşaq böyüyərək yetkinlik yaşına çatdıqdan sonra da davam edə bilir. Bu da psixoloji travma adlanır".
Bu sözləri psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında deyib.
_(1)_(1).jpg)
Psixoloq bildirib ki, əlbəttə ki, valideynlərin uşaqlara qarşı sərt davranmaları, onlarla düzgün ünsiyyət qurmamaları və ya uşaqların yanında neqativ davranışlar sərgiləmələri onların həyatına çox mənfi təsir göstərir:
"Nəticədə uşaqlar gələcəkdə özünəinamı olmayan, özgüvənsiz və ya aqressiv şəxslərə çevrilə bilərlər. Bəzən isə onlar öz uşaqları ilə də eyni davranışları təkrarlayırlar. Düşünürəm ki, bu məsələdə valideynlər əsasən uşaqların yaş xüsusiyyətlərinə diqqət yetirməli, onların yaş dövrlərini nəzərə almalıdırlar. Ailə daxilindəki problemləri uşaqların yanında müzakirə etməməli, bacardıqları qədər övladları ilə keyfiyyətli vaxt keçirməli və onlara psixoloji travma yaşatmaqdan çəkinməlidirlər. Valideynlər uşaqlarının yanında olmağı, onlara dəstək göstərməyi bacarmalıdırlar. Sərt davranış nümayiş etdirmək əvəzinə, övladları ilə daha anlayışlı və uyğun dildə danışmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB