Litva şirkətləri Azərbaycanda investisiya imkanlarını araşdırır - Kestutis Budris
Litva şirkətləri Azərbaycanda investisiya imkanlarını araşdırır, iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafı istiqamətində yeni təşəbbüslər həyata keçirilir.
SİA xəbər verir ki, bunu Litva Respublikasının xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, biznes əlaqələrinin inkişafını təşviq etmək məqsədilə hər iki ölkənin iş adamları arasında görüşlər təşkil olunur. Nazir qeyd edib ki, sabah iqtisadiyyat nazirinin iştirakı ilə Azərbaycan və Litvanın biznes nümayəndələri ilə görüş keçiriləcək.
Kestutis Budrisin sözlərinə görə, görüşdə müxtəlif sahələr üzrə xüsusi bilik və məhsullar təklif edən, həmçinin investisiya imkanları axtaran biznes dairələrinin nümayəndələri iştirak edəcəklər.
Nazir artıq bu istiqamətdə müəyyən nəticələrin əldə olunduğunu vurğulayıb. Bildirib ki, Litvanın Azərbaycanda investisiya yatıran, eyni zamanda regiondakı biznes imkanlarını araşdıran şirkətləri mövcuddur. Bu əlaqələrin daha da genişləndirilməsi ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB