"Azərbaycan-Ermənistan sülh prosesində real irəliləyiş müşahidə olunur" - Ceyhun Bayramov
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində son dövrdə baş verən hadisələr sülh prosesində real irəliləyişin olduğunu göstərir.
SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin tarixi kontekstində inkişafı, xüsusilə tarixi Vaşinqton sammitindən sonrakı dövrdə baş verən proseslər barədə ətraflı məlumat verilib.
O qeyd edib ki, müzakirələr zamanı iki ölkə arasında tranzit əməliyyatlarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan sərhədindən keçən ticarət və tranzit yüklərinin daşınmasına başlanılması, kommunikasiyaların açılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Ceyhun Bayramovun sözlərinə görə, rəsmi nümayəndə heyətləri səviyyəsində təmasların intensivləşməsi, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri arasında etimad quruculuğu tədbirlərinin genişlənməsi sülh prosesinin irəlilədiyini göstərir.
Nazir vurğulayıb ki, son illərdə əldə olunan yeni nəticələrin və müsbət dinamikanın institusional layihələrlə dəstəklənməsi, ilk layihənin real fəaliyyətə başlaması münasibətlərin inkişafı baxımından mühüm addımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB