Quba-Xaçmaz yolunda qadını vurub qaçan sürücü yaxalandı

Quba-Xaçmaz yolunda qadını vurub qaçan sürücü yaxalandı

Dünən axşam saat 18 radələrində Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində piyadanı vuraraq hadisə yerindən uzaqlaşan sürücü polis əməkdaşları tərəfindən tapılaraq istintaqa təhvil verilib.

SİA- nın APA-ya istinadən məlumatına görə, V. Mirzəyev idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçən, 1966-cı il təvəllüdlü Rəna Eynulla qızı Orucovanı vurub.

Ağır xəsarətlər alan piyada təcili tibbi yardım gələnə qədər hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə