İranın bir neçə şəhərində son günlər alkoqollu içkilərdən zəhərlənmə halları qeydə alınıb.
SİA-nın əldə etdiyi məlumata görə, İran Səhiyyə Nazirliyinin müalicə məsələləri üzrə nazir müavini Səccad Rəzəvi noyabrın 1-dən indiyədək qeydə alınan zəhərlənmə hallarının son vəziyyəti barədə məlumat verərək, ümumilikdə 356 nəfərin zəhərləndiyini bildirib.
Onun sözlərinə görə, həmin müddətdə 187 nəfər xəstəxanaya yerləşdirilib, 142 nəfər evə buraxılıb, 20 nəfər isə həyatını itirib.
Rəzəvi bildirib ki, zəhərlənənlərdən 80 nəfərə dializ tətbiq olunub və ya hazırda dializ müalicəsi alırlar. Bundan başqa, 16 nəfərdə görmə bulanıqlığı yaranıb, 33 nəfər isə reanimasiya şöbəsində müalicə alır.
Nazir müavini zəhərlənmə hallarının İranın doqquz müxtəlif şəhərində qeydə alındığını və zərərçəkənlərin orta yaşının təxminən 30 olduğunu bildirib.
O, zəhərlənmədən şübhələnən şəxslərin dərhal tibb müəssisələrinə müraciət etməsinin vacibliyini vurğulayıb.
Rəzəvinin sözlərinə görə, ailələr zəhərlənmə əlamətlərinə qarşı diqqətli olmalı, hər hansı əlamət müşahidə edildikdə və ya zəhərlənmə ehtimalı yarandıqda simptomların ağırlaşmasını gözləmədən xəstəxanaya müraciət etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB