Milli Məclisin növbəti iclası keçirilir. İclasın gündəliyinə 10 məsələ daxil edilib.
SİA xəbər verir ki, gündəlikdə Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü ilə bağlı SOCAR, “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada hazırlanmış sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsi yer alıb.
Bununla yanaşı, “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsinə baxılır.
İclasın gündəliyinə, həmçinin “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş), Miqrasiya Məcəlləsinə, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə, eləcə də Mülki Məcəlləyə dəyişikliklərlə bağlı qanun layihələri daxil edilib.
Deputatların müzakirəsinə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara dəyişiklik layihələri də təqdim olunur.
Bundan başqa, “Maraqlar toqquşması haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunda və “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələri də iclasın gündəliyində yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB