"Azərbaycançılıq ideologiyasının əsasları ailədə və məktəbdə formalaşır" - Hicran Hüseynova
Azərbaycançılıq məfkurəsi ölkənin dövlətçilik və milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Bu ideologiyanın gələcək nəsillərə ötürülməsində isə ailə və məktəbin rolu xüsusi əhəmiyyət daşıyır.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin rəsmi sosial media hesablarında Azərbaycançılıq ənənələrinə həsr olunmuş videoçarxın paylaşılması cəmiyyətə ünvanlanan mühüm və düşündürücü mesajdır. Dövlət başçısının da vurğuladığı kimi, azərbaycançılıq məfkurəsi ölkənin bütün uğurlarının təməlində dayanan fəlsəfədir.
Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında misilsiz xidmətlər göstərib. Bu ideologiyanın əsas prinsipləri dövlətçilik, milli vətənpərvərlik, tolerantlıq və etnik müxtəlifliyə hörmətlə bağlıdır.
Onun sözlərinə görə, əsrlər boyu xalqı bir millət kimi qoruyub saxlayan milli dəyərlər bu gün də dövlətçiliyin möhkəm ideoloji dayaqlarından biridir. Azərbaycan öz inkişaf strategiyasını məhz bu təməl üzərində qurur.
H.Hüseynova vurğulayıb ki, azərbaycançılıq ideologiyasının ailədə və məktəbdə formalaşdırılması, bu iki istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi vacibdir. Çünki uşaqların dünyagörüşünün, milli kimliyinin və vətənə bağlılığının formalaşmasında ailə və təhsil müəssisələri mühüm rol oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB