Avropa Komissiyasından rus turistlər və hərbçilər üçün viza QADAĞASI

Avropa Komissiyasından rus turistlər və hərbçilər üçün viza QADAĞASI

Avropa Komissiyası Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı tövsiyələrini yeniləyib. Yeni tövsiyələrə əsasən, keçmiş və hazırkı rusiyalı hərbçilər daha ciddi yoxlamalardan keçiriləcək, turist vizalarının verilməsinə məhdudiyyətlər tətbiq olunacaq, həmçinin rusiyalı idmançılar və incəsənət nümayəndələri ilə bağlı əlavə tədbirlər görüləcək.

Bu yeniləmələr Rusiyaya qarşı 22-ci sanksiyalar paketi ilə eyni vaxtda təqdim edilib.

Yeni tövsiyələr Rusiya Silahlı Qüvvələrində və ya onlarla əlaqəli birləşmələrdə xidmət etmiş və 24 fevral 2022-ci ildən bəri Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmiş müraciətçilərin hərtərəfli yoxlanılmasını nəzərdə tutur. Qadağa digər millətlərdən olan hərbçilərə də şamil edilir

Bütün xəbərlər Facebook səhifəmizdə