"Üstünlük hüququ olan nəqliyyat vasitələrinə yol verməyən sürücülərə 100 manat cərimə nəzərdə tutulub" - MƏLUMAT
"Dəfələrlə edilən xəbərdarlıqlara, eyni zamanda həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq bu gün yenə də bəzi sürücülərin keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verməməsi hallarına rast gəlinir".
Məsələ ilə bağlı, Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, qeyd olunub ki, bu cür hallara yol verilməsi yalnız yol hərəkəti qaydalarının pozulması ilə məhdudlaşmır, eyni zamanda digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından da ciddi risklər yaradır:
"Belə hal inzibati məsuliyyətlə yanaşı, eyni zamanda yol-nəqliyyat hadisəsinin də baş verməsinə real zəmin yaradır. Mövcud qanunvericiliyin tələblərinə əsasən keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi qanunaziddir. Bu səbəbdən sürücülərdən yol hərəkəti qaydalarına ciddi riayət etmələri, keçid üstünlüyü hüququ olan nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamaları tələb olunur.
İnzibati Xətalar Məcəlləsinin (İXM) 331-ci maddəsinə əsasən, belə hallara görə 3 cərimə balı və yüz manat məbləğində cərimə nəzərdə tutulub.
Bakı Şəhər DYP İdarəsi sürücüləri diqqətli olmağa, yol hərəkəti qaydalarına əməl etməyə və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almağa çağırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB