"Rusiya enerji resurslarının Avropaya ixracını tamamilə dayandırmağı nəzərdən keçirə bilər" - POLİTOLOQ

"Rusiya enerji resurslarının Avropaya ixracını tamamilə dayandırmağı nəzərdən keçirə bilər" - POLİTOLOQ

"Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar burada ikitərəfli prosesin getdiyini göstərir. Təkcə mən düşünmürəm ki, bu sanksiyalar nə Rusiyanın iqtisadiyyatına, nə də Avropanın öz iqtisadiyyatına müsbət təsir göstərəcək".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov söyləyib.

Onun sözlərinə görə, təbii ki, artıq bu cür, 23-cü sanksiyalar paketi kimi, səhv etmirəmsə, nəzərdən keçirilib. Bu, o deməkdir ki, artıq Rusiyanın Avropada iqtisadi baxımdan ciddi şəkildə sıxışdırılması prosesi aparılır:

"Amma nəzərə alsaq ki, bu sıxışdırılma Rusiyaya qarşı aparılırsa, qarşılığında Avropanın özü də bu sanksiyaların əsirinə çevrilməyə başlayır.

Böyük ehtimal ki, Rusiya da enerji resurslarının Avropaya ixracını tamamilə dayandırmağı nəzərdən keçirə bilər. Bu isə son nəticədə Avropada həm təbii qazın qiymətinin artmasına, həm də neftə olan tələbatın yüksəlməsinə səbəb ola bilər.

Amma nəzərə almaq lazımdır ki, Avropanın özündə də Rusiyaya qarşı mövqe birmənalı deyil. Belə ki, bəzi ölkələr Rusiya ilə bağlı mövqelərini açıq şəkildə bildirir və Rusiyaya qarşı qarşıdurmaya getmək istəmədiklərini vurğulayırlar. Onlar Rusiyadan qaz, neft və digər təbii sərvətlər aldıqlarını əsas gətirərək bu məsələdə daha dərinə getmək istəmirlər.

Digər tərəfdən, elə ölkələr də var ki, bu məsələdə açıq mövqe sərgiləyir və Rusiyaya qarşı mövqe tuturlar. Ona görə də tətbiq olunacaq sanksiyalar paketi Avropa İttifaqının daxilində də fikir ayrılığına səbəb ola bilər. Bu isə son nəticədə Rusiyaya vurduğu ziyan qədər Avropanın özünə də zərər vura bilər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə