Azərbaycan bütün sahələr üzrə inkişaf edir və bu inkişaf əhalinin sosial-rifah halının daha da yaxşılaşmasına yeni imkanlar yaradır. "Regionların sosial iqtisadi inkişafına dair" dövlət proqramlarının uğurla icra edilməsinin nəticəsi olaraq şəhərlərlə rayonlar arasında fərq, demək olar ki, aradan qalxıb. Kəndlərdə müasir dövrün tələblərinə uyğun olaraq gözəlləşib. Hətta ucqar kəndlər internetlə təmin olunub, qazlaşma həyata keçirilib, göz oxşayan park və xiyabanlar salınıb. Bütün bunlar yerli iqtisadi potensialın artırılmasına imkanlar yaradıb. 2004–2008, 2009–2013, 2014–2018 və 2019–2023, 2024-2028-ci illəri əhatə edən dövlət proqramları ölkənin regional inkişaf siyasətinin əsasını təşkil etmişdir. Yerlərdə yeni istehsal müəssisələrinin yaradılması, kənd təssərrüfatı məhsullarının istehsalında yüksək göstəricilərə nail olmaqla yanaşı, əhalinin daha rahat, səmərəli həyat yaşamalarına ürəkaçan şərait yaradıb. Bütün yüksək iqtisadi, sosial, hərbi, siyasi uğurlar bir daha onu təsdiq edir ki, aparılan siyasət düzgün və əsaslıdır. İşğal altında olmuş torpaqlarımızın erməni terrorçu-hərbi birləşmələrindən təmizlənməsi uğurlarımıza, qazanılan nailiyyətlərimizə yeni möhkəm təməl yaradıb. Həm də bir daha təsdiq olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü il prezident seçkiləri ərəfəsi seçki kampaniyası dövründə xalqla görüşündə verdiyi bütün vədlərini artıqlaması ilə yerinə yetirib. Ulu Öndər Heydər Əliyev 01.10.2003-cü il tarixli xalqa müraciətində deyilirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Azərbaycan xalqı 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş prezident seçkilərində öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına üçün Onun ən layiqli siyasi varisi Cənab İlham Əliyevə verdi. Ötən illər ərzində Azərbaycan iqtisadiyyatı davamlı və dinamik inkişaf edib, böyük tərəqqiyə, nailiyyətlərə imza atılıb. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin "Əsrin müqaviləsi" 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. Prezident İlham Əliyev 15 oktyabr 2023-cü il də Xankəndi şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltdığı zaman əldə olunan uğurlardan bəhs edərkən demişdir: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi".
Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev ötən 20 il ərzində bəyan etdiyi strateji hədəflərə nail olub, verdiyi vədləri yerinə yetirib. Ona görə də bu baxımdan Azərbaycan bəşəriyyətin ən sayılıb, seçilən və hörmət edilən dövlətinə çevrilib. Bu və digər uğurlara, xüsusilə də, 30 il erməni işğalı altında qalmış torpaqlarımızı azad edib, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, 80 milyonluq dünya azərbaycanlılarının lideri, Prezidentimiz İlham Əliyev bəşər tarixinə adını əbədi olaraq Qalib Sərkərdə olaraq yazdırdı. Qələbələr, zəfərlər isə davamlı olacağı şübhəsizdir. Çünki siyasət dəyişməyib. Əksinə, müasir dövrün tələblərinə uyğun olraq daha da təkmilləşdirilib ki, bu da milli və dövlətçilik maraqlarının daha çevik və dinamik inkişafına yeni imkanlar yaradıb. Bütün bunlar onu deməyə əsas verir ki, inkişaf edən Azərbaycanımızın sabahı daha aydın, uğurlarımız isə daha möhtəşəm olacaq.
İ. ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB