"Litva xarici işlər nazirinin səfəri ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək* - Nazir

"Litva xarici işlər nazirinin səfəri ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək* - Nazir

Litvanın xarici işlər naziri Kestutis Budrisin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər və müzakirələr iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcək.

SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Litvanın xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində bir sıra mühüm görüşlər və müzakirələr keçirilib. O qeyd edib ki, səfər proqramı bu gün və sabah davam edəcək.

Ceyhun Bayramov vurğulayıb ki, səfər çərçivəsində aparılan müzakirələr, eləcə də tərəflər arasında əldə olunan razılaşmalar Azərbaycan-Litva münasibətlərinin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Nazir səfərin iki ölkə arasında mövcud əməkdaşlığın daha da genişlənməsinə və əlaqələrin yeni istiqamətlər üzrə inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə