Hollivud ulduzu Cessika Albanın keçmiş həyat yoldaşı, prodüser Keş Uorren aktrisadan 3,5 milyon dollar tələb edib. SİA xəbər verir ki, məhkəmə Cessikanı keçmiş ərinə 577 min dollardan çox pul ödəməyə məcbur edib. Bu məbləğ aktrisaya məxsus “HonorBar Inc.” şirkətinin gəlirlərinin bölüşdürülməsi ilə bağlıdır. Alba daha əvvəl də maliyyə hesablaşması çərçivəsində Uorrenə 3 milyon dollar ödəyib.
Bununla yanaşı, Keş Uorren aktrisanın “The Honest Company” şirkətindəki səhmlərinin 50 faizini əldə edəcək. Lakin həmin səhmləri satmaq hüququ məhdudlaşdırılıb.
Məlumata görə, keçmiş cütlüyün üç övladı var: 17 yaşlı Honor Mari, 14 yaşlı Heyven Qarner və 8 yaşlı Heyes. Uorren uşaqlar üçün aliment ödəməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB