Lənkəranda 7 kənddə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Lənkəranda 7 kənddə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Lənkəran rayonunun yeddi kəndində aparılacaq təmir işləri ilə əlaqədar 6500 abonentin elektrik enerjisi ilə təchizatında müvəqqəti fasilə yaranacaq.

SİA-nın bölgə müxbiri xəbər verir ki, noyabrın 25-də saat 10:00-dan 12:00-dək “Hirkan” hava xəttində təmir işləri aparılacaq.

Bu səbəbdən Hirkan, Mamusta, Siyavar, Vel, Parakənd, Xanbulan və Daşdalıqcar kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə