Azərbaycanda yerli brend yaratmaq üçün bu gün ən böyük çətinlik nədir? - MODELYER DANIŞDI

Azərbaycanda yerli brend yaratmaq üçün bu gün ən böyük çətinlik nədir? - MODELYER DANIŞDI

"Son illərdə Azərbaycanda yerli geyim və moda brendlərinin sayının artmasını çox müsbət hal hesab edirəm. Bu, ölkəmizdə moda sahəsinin inkişaf etdiyini, yerli dizaynerlərin öz yaradıcılıqlarını daha cəsarətlə ortaya qoyduqlarını və Azərbaycan modasına yeni nəfəs gətirdiklərini göstərir".

Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.

Onun sözlərinə görə, yerli brendlərin əsas üstünlüyü özünəməxsus üslub yaratmaq və ənənələrimizi müasir dəblə birləşdirə bilməkdir:

"Bu baxımdan, “Zerbab Boutique”i uğurlu yerli moda brendlərindən biri kimi xüsusi qeyd etmək istərdim. Brend milli ornamentlərin incəliyini müasir dizaynla ustalıqla sintez edərək özünəməxsus üslub formalaşdırıb. Gözəl işçilik, keyfiyyət, zövqlü detallar və ənənəvi naxışların müasir təqdimatı “Zerbab Boutique”i fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Milli ornamentlər yalnız keçmişimizi xatırladan elementlər deyil, müasir modada da özünə layiqli yer tuta biləcək böyük bir ilham mənbəyidir. Onları müasir kəsimlər və aktual dəb tendensiyaları ilə birləşdirmək Azərbaycan modasına xüsusi gözəllik və fərqlilik qazandırır.

“Zerbab Boutique” kimi öz üslubu, keyfiyyətli işçiliyi və fərqli yanaşması ilə seçilən yerli brendlərin çoxalması Azərbaycan moda sənayesinin inkişafına böyük töhfə verəcək. Əsas məqsədimiz yerli brendlərin yalnız daxili bazarda deyil, beynəlxalq moda arenasında da tanınması və Azərbaycan dizaynının özünəməxsusluğu ilə seçilməsidir.

Azərbaycanda yerli brend yaratmağın ən böyük çətinliyi keyfiyyətli istehsal və peşəkar kadr çatışmazlığıdır. Gözəl ideya və fərqli dizayn uğur üçün vacibdir, lakin onların yüksək keyfiyyətlə həyata keçirilməsi daha böyük əhəmiyyət daşıyır.

Eyni zamanda, maliyyə imkanları və düzgün marketinq də brendin inkişafına birbaşa təsir edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə