Azərbaycan və Litva arasında turizm və təhsil əlaqələrinin genişləndirilməsi müzakirə olunub - XİN Naziri

Azərbaycan və Litva arasında turizm və təhsil əlaqələrinin genişləndirilməsi müzakirə olunub - XİN Naziri

Azərbaycan və Litva arasında turizm əlaqələrinin inkişafı, tələbə mübadiləsi və birbaşa aviareyslərin təşkili məsələləri müzakirə olunub.

SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırda çoxsaylı azərbaycanlı gənc Litvanın ali təhsil müəssisələrində təhsil alır. O, iki ölkə arasında humanitar və mədəni əlaqələrin möhkəmlənməsində Vilnüsdə fəaliyyət göstərən Azərbaycan dərnəyinin rolunu xüsusi vurğulayıb.

Ceyhun Bayramov qeyd edib ki, səkkiz il əvvəl yaradılmış bu dərnək iki ölkə arasında münasibətlərin inkişafına və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verir.

Turizm sahəsində əməkdaşlığa toxunan nazir ötən il Litvadan Azərbaycana 2 mindən çox turistin səfər etdiyini bildirib. Onun sözlərinə görə, birbaşa uçuşların təşkili məsələsinin gündəmdə saxlanılması gələcək illərdə Azərbaycan-Litva münasibətlərinin inkişafına əlavə təkan verə bilər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə