"Litva biznesi Azərbaycanda investisiya imkanlarını araşdırır" - Kestutis Budris

"Litva biznesi Azərbaycanda investisiya imkanlarını araşdırır" - Kestutis Budris

Litva və Azərbaycan arasında biznes əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının araşdırılması və sahibkarlar arasında əməkdaşlığın inkişafı istiqamətində işlər aparılır.

SİA xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırda iki ölkə arasında intensiv münasibətlər və təmaslar dövrü yaşanır. Onun sözlərinə görə, Litva hökumətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri Azərbaycana səfər çərçivəsində konkret nəticələr əldə etməkdir.

Kestutis Budris qeyd edib ki, xalqlararası əlaqələrin inkişafı ilə yanaşı, biznes dairələri arasında əməkdaşlığın təşviqi də xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə sabah İqtisadiyyat Nazirliyinin iştirakı ilə görüş keçiriləcək. Görüşdə öz məhsullarını və ixtisaslaşmış biliklərini təqdim edən, həmçinin investisiya imkanları axtaran hər iki ölkənin biznes nümayəndələri iştirak edəcəklər.

O vurğulayıb ki, Litva şirkətləri regionda fəaliyyətlərini genişləndirmək imkanlarını araşdırmaq üçün Azərbaycana investisiya yatırırlar. Nazir bu istiqamətdə müsbət nəticələrin əldə olunacağına ümidvar olduğunu bildirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə